Modern.az

Bayraq meydanındakı parkın turnikləri niyə götürüldü?

Bayraq meydanındakı parkın turnikləri niyə götürüldü?

8 Aprel 2017, 11:25

Bayraq meydanındakı parkda  əhalinin istifadə etməsi üçün yerləşdirilən dəmir turniklər yoxa çıxıb. Parka gələnlər onların oğurlandığını düşünürlər.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi aparatının rəhbəri  Elmir Bağırov isə Modern.az-a bildirib ki, həmin turniklər təmir üçün götürülüb.

“Bildiyiniz  kimi, həmin turniklərdən istifadə pulsuzdur. Buna görə də  insanlar onlardan  tez-tez istifadə edirlər. Bəzi hallarda bu, konstruksiyaya uyğun olmur. Dəmir turniklər təmir ediləndən sonra qısa müddət ərzində  əvvəlki yerində quraşdırılacaq”.

 

Günay Rəsulqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?