Modern.az

İlham Əliyev cənub rayonlarına səfər edib

İlham Əliyev cənub rayonlarına səfər edib

14 Aprel 2011, 19:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonuna gedib. (AzərTAc) 
Dövlət başçısı əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezidentə abidənin ətrafında, şəhərdə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Masallı şəhərinin mərkəzində Heydər əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulub. Ümumi sahəsi 4 hektar olan parkın ərazisində Heydər Əliyev muzeyi inşa edilib, sakinlərin istirahəti üçün gözəl şərait yaradılıb, yeni yaşıllıqlar salınıb, iki böyük fəvvarə tikilib, müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?