Bu gün Bakıda keçirilən korrupsiyaya qarşı mübarizə forumunda çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2005-2011-ci illər ərzində korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində 700 nəfər barəsində 388 cinayət işi açılıb. 2011-ci ildə isə 32 şəxs barəsində 18 cinayət işi açılıb. Hazırda icraatda 84 cinayət işi var.
Z.Qaralov deyib ki, korrupsiya və rüşvətxorluqla əlaqədar Baş Prokurorluqda fəaliyyət göstərən “161” nömrəli “qaynar xətt” xidmətinə 1200 müraciət daxil olub, nəticədə bu müraciaətlərə uyğun olaraq 7 nəfər barəsində cinayət işi açılıb və onlar artıq həbs olunub.
“Qaynar xətt”ə daxil olan müraciətlərdən 237-si müsbət həll olunub, qalanları araşdırlır.
Modern.az