Rus qoşunları erməni hərbiçiləri ilə birgə Azərbaycanla sərhəddə hərbi təlimlər keçiblər
Ermənistanda yerləşən 102-ci rus ordusu və erməni hərbi hissələrinin motoatıcı və tank bölmələri təlim mərkəzində apardıqları hərbi təlimləri başa vurub. Modern.az xəbər verir ki, bu barədə “arminfo” məlumat yayıb.
Məlumatda deyilir ki, Ermənistanda yerləşən 102-ci rus hərbi bazasında ştat üzrə olan hərbi texnika döyüş ərazisində üç gün müddətində müdafiə və hücum hərəkətləri ilə bağlı təlim keçiblər. Hərbi təlimlə bağlı yaydıqları rəsmi məlumatda deyilir ki, şəxsi heyət atəş, taktiki, mühədis qurğuları və xüsusi hazırlıq üzrə normativləri yerinə yetirib.
“Hərbi təlimlər zamanı dəyişən hərbi vəziyyət zamanı bölmələrə rəhbərlik edən komandirlərin bacarıqları qiymətləndirilib. 102-ci bazanın keçirdiyi təlimlər zamanı 100-dən artıq taktiki biliklər yoxlanılıb. Bunların əksəriyyətini döyüş atışı, o cümlədən gecə döyüş atıcılığı üzrə təlimlər təşkil edib”-deyə məlumatda deyilir.
Qeyd edək ki, bu təlimlər Azərbaycan silahlı quvvələrinin cəbhəboyunda keçirdiyi hərbi təlimlərlə eyni vaxta təsadüf edib.