Modern.az

Məmmədyarov iranlı həmkarı ilə Astara gömrüyunun vəziyyətini müzakirə edəcək

Məmmədyarov iranlı həmkarı ilə Astara gömrüyunun vəziyyətini müzakirə edəcək

15 Aprel 2011, 12:02

Azərbaycan, Türkiyə, İran xarici işlər nazirlərinin Urmiyada keçiriləcək üçtərəfli görüşündə gömrük sahəsinə dair memorandum imzalanacaq. Modern.az xəbər verir ki, bu barədə İRNA agentliyinə Qərbi Azərbaycan əyalətinin Ticarət evinin rəhbəri Cəfər Sadiq bildirib. Onun sözlərinə görə, bu sənəd hər üç ölkədə ticarət əlaqələrinin geişlənməsinə təkan verəcək.

Sadiqin sözlərinə görə, üçtərəfli görüşün məqsədi gömrük məntəqələrində ticarət və gömrük prosedurları zamanı müşahidə olunan bir sıra bürokratik əngəlləri aradan qaldırmaqdır.

Hər üç nazir şənbə günü görüşəcək.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?