Modern.az

Polis İsa Qəmbərin üst-başını axtarıb

Polis İsa Qəmbərin üst-başını axtarıb

15 Aprel 2011, 12:06

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün saat 11-də Bakı Şəhər Baş Polis İdarəsinə gəlib. Bu barədə musavat.com xəbər verib.

Məlum olduğu kimi, İsa Qəmbər 2 aprel aksiyası ilə bağlı qaldırılmıış cinayət işində şahid qismində ifadə vermək üçün dəvət olunub. Bu barədə dünən Müsavat Partiyasına rəsmi bildiriş gətirilib.

İsa Qəmbər BŞBPi-nin önündə gözləyən jurnalistlərə bu cinayət işinin qurama olduğunu, siyasi mötiv daşıdığını bildirib və deyib ki, bu, müxalifətə təzyiqdir.

Daha sonra Müsavat başqanının üstü aranıb və İsa Qəmbər binaya daxil olub.

Müsavat başqanının müavini Mehman Cavadoğlu Modern.az-a deyib ki, İsa Qəmbər hazırda polisə şahid qismində ifadə verir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?