Azərbaycanda qanunsuz keçirilən aksiyaların qarşısı alınacaq. Bu barədə baş prokuror Zahir Qaralov bildirib. O qeyd edib ki, radikal müxalifət qüvvələri Azərbaycanda sabitliyi pozmağa cəhd göstərir: “Biz bilirik bu sifarişlər haradan qaynaqlanır. Radikal müxalifət bilməlidir ki, Azərbaycanda hüquqi-dünyəvi dövlət qurulub. İctimai-siyasi proseslər qanunla tənzimlənir. Qanunsuz keçirilən aksiyaların qarşısı alınacaq”. (APA)
Z. Qaralov müxalifətin 2 aprel aksiyasına da münasibət bildirib. O qeyd edib ki, aprelin 2-də keçirilən aksiya nəticəsində vətəndaşların əmlakı dağıdılıb, ictimai asayiş kobud şəkildə pozulub: “Məlum hadisələrlə bağlı 9 nəfər məsuliyyətə cəlb edilib, istintaq davam edir, ölkədə ictimai asayişi pozan şəxslərə qarşı ciddi tədbirlər görüləcək. Bu, aksiyanın təşkilatçılarına da şamil edilə bilər”.