Modern.az

Gürcüstan parlamenti satışa çıxarılır

Gürcüstan parlamenti satışa çıxarılır

15 Aprel 2011, 13:13

Gürcüstan parlamentinin binası satışa çıxarılacaq. Bu barədə “Qruziya Online” saytı məlumat yayıb. Modern.az sayta istinadən bildirir ki, bina özəlləşdirməyə çıxarılacaq. Parlamentin binasına artıq ərəb və yunan investorları baxış keçiriblər. Parlament aparatının rəhbəri David Caniaşvili məsələyə şərh verməkdən imtina edib.
Əvəzində hökümətin parlamentdə olan katibi Qiya Xuroşvili bu xəbərə təəcüblənməyib. O bildirib ki, Gürcüstan parlamenti Kutaisidəki binasına köçəndən sonra deputatlara artıq iki bina lazım olmayacaq.
“Əgər belə özəlləşdirmə olacaqsa, şəffaf keçiriləcək”-deyə o vurğulayıb.

Qeyd edək ki, Gürsütan Konstitusiyasına dəyişiklikdən sonra parlamentin Kutaisi şəhərinə köçürülməsi təsdiq edilib. Növbəti çağırış parlamentin işi bu şəhərdə davam edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?