Arxiv
10 Noyabr 2009, 22:31 | ÖLKƏ
Əgər Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi...

Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
siyasi elmlər namizədi

HƏM ERMƏNİSTANIN, HƏM DƏ AZƏRBAYCANIN İTİRDİKLƏRİ

 

1988-ci ildə bir mitinqdən başlayan, müxtəlif kəskin mərhələlər kecərək hal-hazırda dondurulmuş muharibə vəziyyətində olan  Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi indi özünün intensiv danışıqlar dövrünü yaşamaqdadır.
İki respublika arasında yaranan  kəskin qarşıdurmalar keçmiş SSRİ-nin dağılmasını sürətləndirmiş, siyasi konflikt tezliklə qızğın hərbi əməliyyatlar fazasına keçmiş, hərbi cəhətcə əvvəldən hazırlıqlı və geniş xarici dəstəyə malik olan Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir.
Və tarixdə həmişə olduğu kimi muharibə milyonlarla insanın  taleyini məhv etmiş, iqtisadiyyatın əsasını dağıtmış, birgə fəaliyyət tamamilə istisna edilmiş, iki qonşu dövlət ancaq kəskin qarşıdurma mövqeyini seçmişdir.
Bütöv bir nəsil bir-birində ancaq amansız düşmən obrazı görməyə başlamışdır.
SSRİ rəhbərliyi məsələnin həllinə laqeyd yanaşaraq Ermənistan millətcilərinin torpaq iddiasına rəvac versə də dünya ictimaiyyəti problemə ümumən obyektiv yanaşdı. 1992-ci ildən başlayaraq BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasına dair dörd,Avropa Şurası Parlament Assambleyası bir neçə, İslam Ölkələri Konfransı isə işğal edilmiş Azərbaycan torpaqlarından ermənistan qoşunlarının çıxarılması tələbi ilə çoxsaylı qətnamə qəbul etdi. ATƏT isə problemin həlli ilə bağlı 1994-cü ildə unikal bir mexanizm-ATƏT-in Minsk Qrupunu yaratdı.
Bütün bunlara və mövqelərin ortada olmasına baxmayaraq problem hələ də həll edilməmış qalıb.

Bugünkü gün Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsini, onun tərəfindən ərazi bütövlüyünə hörmət edilməsini, bir milyona qədər daxili məcburi köçkününün öz evlərinə qayıtmasına şərait yaradılmasını tələb edir.

Əvəzində rəsmi Bakı ölkənin Dağlıq Qarabağ ərazisinə böyük və nüfuzlu dövlətlərin zəmanət duracağı yüksək muxtariyyət, orada yaşayan və yaşayacaq əhaliyə yüksək həyat şəraiti və həqiqi vətəndaş hüquqları vəd edir .Eyni zamanda Ermənistanla bütün ikitərəfli əlaqələri bərpa edir.

Azərbaycan buna çoxvektorlu xarici siyasət, iqtisadi artım, güclü və müasir ordu faktoru ilə yanaşır.

Ölkəmiz həmçinin məsələninin həm mərhələli, həm də kompleks həllini qəbul edir.

Münaqişənin digər tərəfi Ermənistan isə ötən əsrin axırlarında malik olduğu müvəqqəti üstünlüyə görə işğal etdiyi Azərbaycan torpaqlarının ya müstəqil dövlət edilməsini, ya özünə birləşdirilməsini, Azərbaycanın bu rüsvayçı faktı qeyri-şərtsiz qəbul etməsini tələb edir. Həmçinin heç nə olmamış kimi ölkəmizin sərhədləri açaraq onunla tam şəkildə ikitərəfli əlaqələri bərpa etməsini və Azərbaycanın resurslarına özünün yaxın buraxılmasını çalışır.

Ermənistan buna xaricdəki erməni diasporunun imkanlarından istifadə etməklə, xarici donorların hesabına militarist iqtisadiyyat saxlamaq və daxili həyatda hər şeyi ordunun ehtiyaclarına tabe etdirmək, miliyyətçiliyə əsaslanan xüsusi psixoloji atmosfer yaratmaq hesabına nail olmaq istəyir.

Bütün cəhdlərə baxmayaraq Ermənistan ordusunun Azərbaycan ordusunun parametrlərinə heç yaxınlaşa bilməməsi isə tamamilə ayrı bir araşdırmanın mövzusudur.

Qonşu dövlət Dağlıq Qarabağ məsələsini mərhələli, ya da kompleks şəkildə həll etmək istəyində hələ də tərəddüd edir.

Qarşıdurmanın ancaq üzdə olan 21 ilinin ortada olan nəticəsi bundan ibarətdir və ilk görünüşdən heç bir çıxış yolu görünmür.

Düzdür, ABŞ, Rusiya və Fransa kimi üç böyük dövlətin vasitəçiliyi ilə hər iki dövlət rəhbərlərinin vaxtaçırı keçirdiyi görüşlər məsələnin həllinə ümidləri tamammilə itirməyə qoymur. 2009-cu ildə intensivləşən danışıqlar isə məsələnin həm tezliklə, həm də dinc yolla yekunlaşacağına müəyyən inam yaradır.

Beləliklə,qədim tarixə, zəngin mədəniyyətə və dünyada sıx əlaqələrə malik olan iki xalq öz nəhəng resurslarını məhz indiki mövcud vəziyyətin yaranmasına sərf etmişlər. Baxmayaraq ki, tərəflərdən biri münaqişəyə zorən cəlb edilmış, o birisi isə ancaq özünün inandığı ideologiyaya bağlanaraq bu addımları atmışdır.

Tarixi isə geri döndərmək və onu yenidən yazmaq mümkün deyildır.

Ancaq tez-tez cəmiyyətdə 1988-ci ildən bəri Dağlıq Qarabağ problemi ətrafında baş verən hadisələrin baş verməyəcəyi halda əvəzində nələrin olacağını düşünmək  istəyi də baş qaldırır.

Bu istəyi reallaşdıran riyazı modelləşdirmə isə ötən dövr ərzində itirələnlərin həcminin və keyfiyyətinin çox böyük olduğunu bütün parlaqlığı ilə üzə çıxarır.

Fərziyələr isə ancaq idealist təsəvvürə əsaslanır.

Əgər 1988-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsi uğrunda dünya erməniliyinin və Ermənistanın radikal qruplarının başladığı proses olmasaydı...

Tərəflər öz güclərini bir-biri ilə müharibəyə deyil, dağılan SSRİ-nin fəsadlarının qarşısının alınmasına  yönəltməyə sərf edərdilər. Dağılan imperiyaların qalıqlarının altında bir çox nailiyyətlərin itirilmə qorxusu isə həmişə çox böyük olmuşdur.

Tərəflərin beyin mərkəzləri bütün resursları postsovet dövrünün qurulmasına dair proqramların hazırlanmasına yönəldər, sakit şəraitdə xarici təcrübəni öyrənərdilər.

İnsanlar mühafizəkar qüvvələrin müqavimətini asanlıqla qırar, cəmiyyətə cəsarətlə demokratiya, insan hüquqları, qanunun aliliyini gətirərdilər. Qabaqcıl dövlətlərin inkişafının məhz bunlardan başlandığı isə heç kəsə sirr deyildir.

Başı Dağlıq Qarabağ münaqişəsinə qatışmayacaq Azərbaycan və Ermənistan cəmiyyətləri təkamülə üstünlük verəcək, özünün dəyərli liderlərinin və ziyalılarının həm xarici, həm də daxili təhriklər nəticəsində ümumi axardan təcridinə imkan verməyəcəkdilər.

Gələn yeni nəsil radikallığa, konfliktə deyil, ortaya çıxan problemlərin həllinə yardımçı olacaq sivil üsullara üstünlük verəcəkdi.

Yeni yaranan sahibkarlar təbəqəsi imkanlarını dağılan Sovet Ordusunun köhnə silahlarının alınmasına deyil, yeni texnologiyalara, istehsalın yenidən qurulmasına, müasir universitet təhsillərinə xərcləyəcəkdilər.

Oxlokratiya və onun arxasında gizlənən qara qüvvələrin hakimiyyətə can atmasının qarşısı daha inamla alınardı.

Tərəflər bir-birində nə qədər azərbaycanlı və erməni əhalisi yaşamasının hesablamasına və onların milli mənzillərə yığışmasına hazırlaşmayacaq, əksinə onların mövcudluq faktorlarından daxili problemlərinin həllinə yararlanacaqdılar.

Sumqayıt, Spitak zəlzələsi əks-sədası, Bakı 20 yanvar, Xocalı, Azərbaycanda dəfələrlə partladılan vertolyot, metro, avtobus faciələri yaşanmaz, cəmiyyətlər bir güclü strres halından digərinə keçməzdilər.

Böyük resurslar yüz minlərlə Azərbaycan və erməni əhalisinin qısa müddətdə yerlərini dəyişməsinə səbəb olmayacaqdı. Bunun arxasında milyard dollarla maddi itkisindən daha çox mənəvi itkilər durur. Hər iki respublikada ənənəvi təsərrüfat ukladlarını və ictimai mühitlərini yenidən qurmaq zərurəti yaranmazdı.

Hər iki respublikada azərbaycanlı və erməni icmaları yenə birgə yaşayışını davam etdirər, bir-birinin malik olduqları üstünlüklərdən maksimum yararlanardılar.

SSRİ dağılan dövrdə başlar bir-birini sıradan çıxarmağa deyil, hər iki yeni dövlətin ümumi ittifaq mülkiyyətindən halal payını almağa yönələrdi.

1991-1994-cü illər arası qırğın müharibə dövrü  olmasaydı:

- böyük resurslar dağıtmaq istəyinə sərf edilməyəcəkdi.

- Ermənistan iqtisadiyyata,  sosial inkişafa,  müasir infrastruktura xərcləyəcəyi milyardlarla  vəsaiti silaha və əskər faktoruna çevirərək  Azərbaycan torpaqlarının 20 faizini işğal  etməyəcəkdi.

- bunun cavabı kimi ölkəmiz eyni resursları müharibəyə tökmək, bütün imkanlarını müharibə faktoruna bağlamaq zərurətində qalmayacaqdı və ölkə daxilində bir milyonluq daxili qaçqın ordusu formalaşmazdı.

- işğal edilmiş torpaqların bütün mədəni və maddi potensialı məhv edilməz, nəsillərin mənəvi irsləri arasında əlaqə pozulmaz, işğaldan doğan fəsadlar ağır yük kimi yeni yaranan Azərbaycan dövlətinin üzərinə düşməzdi.

- müharibə, işğal və qaçqınlıq azı 50 min Azərbaycan vətəndaşının ölümünə, 100 minlərlə insan şikəst olmasına səbəb olmaz, milyonlarla insan psixoloji travmaya məruz qalmazdı.

Ümumən isə Ermənistanın Azərbaycan torpaqlarına iddiası və sonrakı ölkənin inkişafından azı əlli il geriyə atdı.

Ancaq 1994-cü ildəki nəticə Ermənistanın xeyrinə olsa da, analiz göstərir ki, onun itirdikləri qazandıqlarından qat-qat böyük oldu. Beləki :

 - Ermənistan cəmiyyətinin total surətdə militaristləşdirilməsi bütöv bir nəsli uğuru və çörəyi ancaq silah və zor gücünə əldə etmək qənaətinə gətirdi.

- cəmiyyət üçün qonşu məhfumu uzun müddətə itirildi.

- Ermənistan cəmiyyətinin ənənəvi təsərrüfat ukladı və satış bazarı itirildi, cəmiyyət uzun müddət işğal edilmiş Azərbaycan torpaqlarından gətirilən qəniməti istehlak etdi. Azərbaycanı müdafiə edən Türkiyənin sərhədləri bağlaması isə gənc erməni dövlətinə çox ciddi təsirlərini göstərdi.

- Azərbaycanla bütün əlaqələrin kəsilməsi Ermənistanı gözləmədiyi böyük problemlərin içərisinə saldı.

- Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi izolyasiyaya düşməsinə və dünya ilə əlaqələrin məhdudlaşmasına səbəb oldu.

- Ermənistan ərazisində Azərbaycan qədər dağıntılan olmasa da köhnələrin bərpası və yenilərin tikilməsi üçün vəsait məsələsi ağır problemə çevrildi.

- Erməni xalqının min   illərlə müstəqil dövləti olmamışdlr. İndki dövləti  müasir dünya qaydalarına qətiyyəq uyğun gəlmədi.

- Ermənistan əhalisinin 15 faizi daxili qaçqına çevrilməsə də, ondan qat-qat çoxu sadəcə olaraq daimi yaşayış üçün xaricə köçməyə üstünlük verdi.

1994-cü il mayın 10-da Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsi faktiki olaraq hər iki ölkəni çıxış yolu axtarmasina səbəb oldu  və ölkələr özünü təsdiq üçün yenidən start vəziyyətinə gəlib çıxdılar.

Azərbaycan bu məsələni ondan bir il əvvəl başlanan Heydər Əliyev yolu vasitəsilə həll etməyə başladı  idi və müsbət nəticəsi də indiyədək inkişafa güclü təsir etməkdədir.

Ermənistan öz Heydər Əliyevini tapa bilmədi və 94-cü ildən sonrakı yollar bir qayda olaraq " səhvlər və təcrübə metodu " ilə axtarılır.

Nəticə isə müharibənin birinci mərhələsini udan Ermənistanın hal-hazırda onu müvəqqəti uduzan Azərbaycana bütün sahələrdə uduzmasıdır.

SSRİ adlanan imperiyanın dağılması labüd idi və tarixi gediş orada olan 15 müttəfiq respublikanın hər birini mütləq müstəqil dövlət edəcəkdi.Deməli tarix  Azərbaycan və Ermənistan üçün də  da tamam başqa bir axarda  gələcəyini hazırlamışdı.

Əgər Ermənistanın Azərbaycan torpaqlarına iddiası olmasaydı, 1988-ci ildən Dağlıq Qarabağ münaqişəsi qızışmasaydı, 1991-1994-cü il hərbi əməliyyatları olmasaydı, hər iki ölkə öz müstəqilliyini tamam başqa formada  başlayacaqdılar.

İln gündən normal qonşuluq əlaqələri yaradılar, yeni dövlət quruculuğunda bir-biri ilə yarışa girər və öyrənərdilər.

Respublikalar militaristləşməz, böyük vəsaitlər yeni infrastrukturların yaranmasına, sahibkarlığın inkişafına və sosial problemlərin həllinə yönələrdi. Ölkələr arasındakı təsərrüfat əlaqələri qırılmaz  və yeni formatları  axtarılardı.

Geniş özəlləşmə həm Azərbaycan, həm Ermənistanda yaşamaqda davam edən həm Azərbaycan, həm də erməni icmalarının mülkiyyətə sahib olmasına və öz yaşadığı ölkənin inkişafına bağlı olmasına səbəb olardı.

Böyük siyasi və maddi resurslar xaricdə və daxildə qarşılıqlı surətdə mənfi imicin yaradılmasına deyil, pensiyaların artırılmasına sərf edilərdi.

Axırıncı 15 il ərzində hərbi sahəyə xərclənən on milyardlarla dollar vəsaitin istiqaməti dəyişər, mənzillər, məktəblər, sosial obyektlər tikilər, yollar, körpülər salınar, müasir müəssisələr qurulardı.

Eyni mənbədən orta və ali məktəblərin simasını kökündən dəyişmək və  incəsənəti dirçəltmək olardı.

Hər iki ölkə birgə regional layihələrin iştirakçısı olar, ilk növbədə Ermənistan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və qaz kəmərlərinin payçısına çevrilərdi.

Azərbaycan və Ermənistan maliyyə imkanlarını, beynəlxalq əlaqələrini və sahibkarlıq bacarıqlarını birləşdirib böyük bir regionun nüfuzlu bir iqtisadi gücünə çevrilərdi.

Maraqları və imkanları birləşdirərək Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan Avropa Birliyi modelli bir birlik yarada bilərdilər.

SSRİ dağılan ərəfədə Azərbaycan və Ermənistanın illik büdcəsi təqribən eyni - o dövrün  4 milyard rubluna bərabər idi. Hazırda bu rəqəm Azərbaycan üçün 15 milyard dollar büdcə, 18 milyard dollar valyuta ehtiyatı, Ermənistan üçün 2 milyard dollar büdcə, bir neçə yüz milyon dollar valyuta ehtiyatı dairəsindədir.

Ermənistan tərəfindən torpaq iddiası, işğal və konfrantasiya olmasaydı, hazırda büdcələr həm qat-qat böyük və aralarında fərq çox az olardı.

Tarixi hadisələrə qiymət sırf elmi dairələrin fəaliyyəti olar, siyasət bu polemikalara qarışmaqdı.

Yeganə rəqabət idman yarışmaları və sərfəli biznes layihələrinin öz ölkələrinə cəlb edilməsi ətrafında baş verərdi. Ancaq bu rəqabət digərlərindən fərqli olaraq tərəfləri daha güclü edər və daha yeni fəaliyyət sahələri açardı.

Hər iki tərəfin imkanlarından istifadə edərək ya birgə, ya bir-birini tamamlayan müasir tibb mərkəzləri, universitetlər, bank xidməti, turist kompleksləri, tranzit enerji və nəqliyyat sistemləri qurmaq olardı.

Eyni istəklə birgə hərbi-sənaye kompleksi və informasiya kommunikasiya texnologiyaları şəbəkəsi yaratmaq olardı.

Azərbaycanın da mənsub olduğu müasir islam dünyası Ermənistanı işğalçılıq siyasətinə görə tənqid siyasətini dəyişər, o islam ölkələrinin böyük resurslarından yararlana bilərdi.

Ancaq ortalıqda olan isə nəyin ola biləcəyi yox, artıq nəyin baş verdiyidir.

Reallıq isə odur ki, Ermənistan 20 faiz Azərbaycan torpaqlarını işğal etsə də, öz perspektivlərini məhdudlaşdırmış, ümumi inkişafdan on  illərlə geri atılmışdır. Ermənistan Azərbaycanın 4,4 min kvadrat kilometrlik ərazisini özünə birləşdirmək istəyirdi, bu rəqəmi işğalla 17 minə çatdıra bildi. Ancaq tutulmuş torpaqlardan  Ermənistan bu gün heç bir iqtisadi səmərə və təsərrüfat üçün istifadə edə bilmir.

Ermənistanın işğal etdiyi səkkiz rayonun əhalisinin saxlanması üçün Azərbaycanın  2010-cu ilin  büdcəsində ümumilikdə 150 milyon dollar nəzərdə tutulmuşdur.Ermənistan isə işğal edilmiş torpaqlar üçün özünün ayırdığı vəsaitlə birlikdə Dağlıq Qarabağ üçün bu  vəsaitin yarısını da  tapa bilmir.Çünki,elə özünün gələn il üçün büdcəsi cəmi 2,2 milyard ABŞ dollarıdır.

Ermənistan qonşu dövlətin böyük ərazisini nəzarəti altında saxlasa da, inkişaf imkanlarını formalaşdıra bilmir.

Azərbaycan illik büdcə-valyuta ehtiyatı rəqəmini 35 milyard dollara çatdırsa da, Ermənistanın torpaq işğalı tempimizi yüksəltməyə mane olur. İllik hərbi büdcəsi 2 milyard dollar olan Azərbaycan ordusu ilə hərbi büdcəsi 0,5 milyard dollar olan Ermənistan ordusu daima döyüş rejimində üz-üzə durur. Azərbaycan daima öz torpaqlarını o cümlədən hərbi yolla azad etmək hüququ olduğunu Ermənistanın  və dünya ictimaiyyətinin yadına salır.
Dağlıq Qarabağ probleminin həllinin uzanması hər iki dövlətlə yanaşı, regionun və dünyanın vəziyyətinə ciddi təsir edir. Onun həm dərinləşməsi, həm də dondurulması heç kəsin xeyrinə deyildir. Problemin birtərəfli, beynəlxalq hüquq normalarına zidd həll etmək cəhdlərinin isə nəticəsi uğursuzdur.

21 illik erməni torpaq iddiasının alternativləri isə müasir dünyada  mövcuddur. Bu  ərazi bütövlüyü prinsipinə hörmət edilməsi, mehriban qonşuluq siyasəti, birgə fəaliyyət sahələrinin axtarılmasıdır. Bunun üçünsə son dövrlər kifayət qədər geniş imkanlar yaranmışdır. Tarix isə uğur şansı heç də tez-tez irəli sürmür.

Tərəflərin fərqli cəhətləri çoxdur. Hər tərəf özünəməxsus təkamül yolu keçib, hər tərəfin məxsusi maraqları vardır. Bu normaldır və dünya bu müxtəlifliyi qəbul edir. Ancaq maraqlar beynəlxalq normaların və ya digərinin maraqlarının pozulması hesabına həyata keçirilə bilməz. İstənilən fərqlilik ancaq maraqlara hörmətdə və vəhdətdə baş verə bilər.

Heç bir tərəf isə özünə rəva bilmədiyini digərindən tələb edə bilməz.

Azərbaycan yolun ona aid olan hissəsini addımlayıb və gələcəyini seçim imkanı artıq qonşumuz Ermənistandadır.

            

 

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq 30 Oktyabr 2020, 08:59 Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01