Modern.az

Gənclərə şad XƏBƏR: Xaricdə təhsil üzrə yeni dövlət proqramı hazırlanır

Gənclərə şad XƏBƏR: Xaricdə təhsil üzrə yeni dövlət proqramı hazırlanır

Aktual

11 Aprel 2017, 14:05

"Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili ilə bağlı növbəti dövlət proqramı üçün bir sıra müvafiq dövlət orqanları ilə razılaşdırma prosedurları həyata keçirilir".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Ceyhun Bayramov bildirib ki, hazırda yeni dövlət proqramı baxılma mərhələsindədir.

Nazir müavini qeyd edib ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3500-dən gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

“Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışırlar. Dövlət proqramı çərçivəsində gənclərin bir hissəsi hələ təhsillərini davam etdirirlər. Qarşıdakı 2 il ərzində dövlət proqramının məzunları təhsillərini başa çatdıracaq”.

 

MirmahmudKAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!