Modern.az

Tillerson Moskvaya ultimatum verdi

Tillerson Moskvaya ultimatum verdi

Aktual

11 Aprel 2017, 15:49

ABŞ Dövlət katibi Reks Tillerson Moskvaya səfəri zamanı Rusiyaya ultimatum verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kremldən ya ABŞ başda olmaqla Qərb ölkələrini ya da Bəşər Əsəd və İran arasında seçim etməli olduğunu deyib.

 

“Biz Suriya xalqının əzablarını azaltmağa çalışırıq. Rusiya bu gələcəyin bir parçası ola bilər və önəmli rol oynaya bilər. Ya da Bəşər Əsəd və İranı seçə bilər. Amma bu seçim Rusiyanın uzaq gələcəkdəki perspektivi üçün əsas olmayacaq”.

 

Tillerson Suriyadakı müharibənini nə zaman başa çatacağını bilmədiyini desə də, ölkənin gələcəyində Əsədin heç bir rol oynamayacağına şübhəsinin olmadığını deyib. Onun fikrincə, Əsəd ailəsinin hakimiyyəti sona çatıb.

 

Vüqar İSMAYILOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər