Modern.az

Bakcell abunəçilərinı YENİLİK

Bakcell abunəçilərinı YENİLİK

Aktual

11 Aprel 2017, 16:22

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcellşirkəti daha sərfəli YeniDoğma tarifini təqdim edir. Bu yeni tarifin istifadəçiləri şəbəkədaxili zənglərin 3-cü dəqiqəsindən sonra pulsuz danışacaqlar. Zənglərin ilk 3 dəqiqəsi zamanı isə bir dəqiqənin qiyməti 4 qəpik təşkil edir. Ölkədaxili digər zənglərin bir dəqiqəsinin qiyməti də həmçinin 4 qəpik təşkil edir.         

Modern.az xəbər verir ki, Bu sərfəli tarifdən faydalanmaq üçün sadəcə olaraq *138#5#YES kodunu yığmaq və ya YeniDoğma tarifində olan yeni nömrə almaq yetərlidir. Bütün CIN və Klass tarifinin istifadəçiləri həmçinin bu təklifdən yararlana bilərlər.

Qeyd etmək lazımdır ki, pulsuz şəbəkədaxili danışıqlar zəngin 4-cü dəqiqəsindən 30-cu dəqiqəsinə qədər təqdim edilir və bu müddət bitdikdən sonra pulsuz danışığa davam etmək üçün abunəçinin balansından növbəti 3 dəqiqə zamanı vəsait çıxılır. Qiymətlər Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron yarımadasından kənar bölgələrdə qüvvədədir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir