Modern.az

Bir ayda 793 nəfərdə yenitörəmələr aşkarlandı

Bir ayda 793 nəfərdə yenitörəmələr aşkarlandı

11 Aprel 2017, 16:41

Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə fevralın 15-dən başlanan tibbi müayinə tədbiri davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 15-dən martın 15-dək ölkə üzrə ümumilikdə 1940603 vətəndaş icbari dispanzerizasiyadan keçib.

Bunlardan 1715014 nəfər böyüklər, 225589 nəfər isə uşaqlar olub.

Müayinələr zamanı ümumilikdə 3053 nəfərdə infeksiyon, 793 nəfərdə yenitörəmələr, 4368 nəfərdə qanyaradıcı xəstəliklər, 4368 nəfərdə endokrin və s xəstəliklər aşkarlanıb.

Bundan başqa, tibbi müayinədən keçirilənlər sırasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə, tənəffüs, görmə və eşitmə pozğunluqlarına, hamiləlik və zahılıq dövrünün xəstəliklərinə də rast gəlinib.

Aşkarlanmaların nəticəsi olaraq 30518 nəfər dispanser qeydiyyata götürülüb. 70535 nəfər sağlamlaşdırılıb, 13366 hospitalizə olunub, 783745 əlavə müayinələrə cəlb olunub. Bura rentgen, laborator, USM və EKQ müayinələri daxildir.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?