Modern.az

Zakir Qaralov: “Eynullanın məni məhkəməyə verməsi normal haldır”

Zakir Qaralov: “Eynullanın məni məhkəməyə verməsi normal haldır”

15 Aprel 2011, 14:12

Azərbaycanın baş prokuroru Zakir Qaralov jurnalist Eynulla Fətullayevin onu məhkəməyə verməsinə münasibət bildirib. Jurnalistlərə açıqlamasında baş prokuror deyib ki, Azərbaycan demokratik ölkədir və E. Fətullayevin onu məhkəməyə verməsi normal haldır:
“Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlət qurulub. Onun məni məhkəməyə verməsi də Azərbaycanın hüquqi dövlət olduğunu göstərir”.

Qeyd edək ki, həbsdə olan jurnalist E.Fətullayev məhkəməyə müraciət edərək, təqsirsizlik prezumpsiyası hüququnun pozulmasına görə Baş prokurorun ondan üzr istəməsini tələb edir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?