Modern.az

97 deputat Hesablama Palatasına "hə" dedi, 3-ü "yox"...

97 deputat Hesablama Palatasına "hə" dedi, 3-ü "yox"...

15 Aprel 2011, 14:42

Bu gün Milli Məclisin növbəti plenar iclasında Hesablama Palatasının hesabatı dinlənilib. Hesabatı palatanın sədri Heydər Əsədov verib.
Modern.az xəbər verir ki, H.Əsədov Hesablama Palatasının 2010-cu ilin iş planına uyğun olaraq ayrı-ayrı dövlət qurumlarında apardığı audit yoxlamalar və onların nəticələri barədə danışıb.
Hesbatın müzakirəsi zamanı Hesablama Palatasının fəaliyyəti ayrı-ayrı deputatlar tərəfindən tənqid olunub.
Amma yekunda parlament Hesablama Palatasının hesabatını qəbul edib. Deputatlar hesabatın lehinə 97, əleyhinə 3 səs veriblər, 1 nəfərin səsi bitərəf olub.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?