Modern.az

İsa Qəmbər Baş Polis İdarəsindən partiyaya zəng vurub

İsa Qəmbər Baş Polis İdarəsindən partiyaya zəng vurub

15 Aprel 2011, 15:13

İsa Qəmbər Müsavatın mərkəzi qərargahı ilə telefon əlaqəsi saxlayaraq onlara bildirib ki, müstəntiqlərin ona ünvanladığı suallar çox olduğundan istintaq uzun çəkəcək. Bu barədə Müsavat Partiyasından Modern.az-a bildiriblər.

Məlum olduğu kimi, İsa Qəmbər 2 aprel aksiyası ilə bağlı qaldırılmıış cinayət işində şahid qismində ifadə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. İsa Qəmbər BŞBPI-nin önündə gözləyən jurnalistlərə bu cinayət işinin qurama olduğunu, siyasi mötiv daşıdığını bildirib və deyib ki, bu, müxalifətə təzyiqdir.

Daha sonra Müsavat başqanının üstü aranıb və İsa Qəmbər bu gün səhər binaya daxil olub. Artıq 4 saatdır Müsavat başqanı müstəntiqlərə ifadə verir. Müsavat başqanının müavini Mehman Cavadoğlu Modern.az-a deyib ki, istintaqın nə zaman yekunalaşacağı bəlli deyil.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?