Modern.az

İctimai Palata yekun qərar verdi: mitinq aprelin 17-də “Sahil” bağında olacaq

İctimai Palata yekun qərar verdi: mitinq aprelin 17-də “Sahil” bağında olacaq

15 Aprel 2011, 17:48

İctimai Palata etiraz aksiyasını aprelin 17-də saat 16-da “Sahil” bağında keçirməyi qərara alıb. Bu barədə qərar Kordinasiya Şurasının bu günkü iclasında qəbul olunub. Bununla bağlı qurumun keçirdiyi mətbuat konfransında yekun qərar jurnalistlərə elan edilib.

İctimai Palatanın mitinqinin qətnaməsində hökumətin istefası, parlamentin buraxılması və yeni seçki təyin edilməsi, korrupsiyaya qarşı qətiyyətli mübarizə, siyasi məhbusların azad edilməsi, mətbuat azadlığının təmin edilməsi tələbləri yer alır.

İctimai Palatanın  “Nərimanov” kinoteatrının qarşısındakı meydanda keçirilməsini sanksiyalaşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciət rədd edilib.

Meriya mitinqin Səbail rayonunun 20-ci sahə yaşayış massivində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini məsləhət görüb.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?