Modern.az

Amerikalı politoloq BDU-da mühazirələr oxuyacaq

Amerikalı politoloq BDU-da mühazirələr oxuyacaq

15 Aprel 2011, 16:17

Amerikanın tanınmış politoloqu, Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun direktoru, professor Qordon Smit 24-28 aprel tarixlərində Bakı Dövlət Universitetinə gələcək. Səfərdə məqsəd beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin tələbə və magistrantlarına müxtəlif səpkili mühazirələr oxumaqdır. Məlumat Modern.az-a BDU-nun mətbuat xidmətindən verilib.

Qeyd edək ki, bu il Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun 50 ili tamam olur. Bu münasibətlə adıçəkilən İnstitutun tanınmış alimləri və ictimai xadimləri müxtəlif ölkələrə səfər edərək mühazirələr oxuyacaq, konfranslar təşkil edəcəklər.

Səfir Riçard Volker tərəfindən 1961-ci ildə Beynəlxalq Araşdırmalar İnstitutu kimi qurulan Volker İnstitutu ABŞ-ın ikinci elmi-araşdırma mərkəzidir. İnstitutun direktoru Qordon Smit ABŞ-ın postsovet məkanında gedən siyasi proseslər üzrə aparıcı mütəxəssisi, bir çox elmi araşdırmalar və monoqrafiyaların müəllifidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?