Bu il Bakı Dövlət Unversitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin hamısının oradan çıxarılmasına başlanacaq. Bu barədə BDU-nun rektoru Abel Məhərrəmov bildirib. Rektorun sözlərinə görə, prosesin mərhələlərlə aparılmasına razı deyillər. “Biz təklif etimişik ki, bu proses birdəfəlik həll olunsun”-deyə A.Məhərrəmov bildirib.
Rektor qeyid edib ki, Bakı Dövlət Unversitetinin 100 illik yubley tədbirlərinə qədər yataqxana kompleksinin tam təmir edilərək tələbələrin istifadəsinə verilməsini planlaşdırırlar.
"Yataqxana binaları dünya standartları səviyyəsində yenidən qurulacaq. Həmin ərazidə böyük park və tələbə şəhərciyi salmaq təklifləri də var”-deyə A. Məhərrəmov bildirib.
Modern.az