Modern.az

5 çörəkbişirmə sexi bağlanıb

5 çörəkbişirmə sexi bağlanıb

16 Aprel 2011, 13:35

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Zemfira Ağayevanın Modern.az-a verdiyi məlumata görə, bu ay şəhərdə 5 çörəkbişirmə sexi fəaliyyətini dayandırıb. Onlardan biri, Nəriman Nərimanov I döngədə yerləşən sex akt əsasında təmirə dayanıb.
Qalan 4-ü (Bəxtiyar Əliyev küçəsində 2, Gülüstan qəsəbəsində və Dədə Qorqud 5b ünvanında) isə təklif əsasında yenidən qurulur.
Müsahibin bildirdiyinə görə bu ay 23 çörəkbişirmə sexində yoxlama keçirilib ki, onların sanitar gigiyenik normalara cavab verib-verməməsi yoxlanılıb. Z.Ağayeva qeyd edib ki, mərkəzin əməkdaşları Krılov küçəsində olan sexdə də yoxlamalar keçirib və təmirə dayandırılmasına qərar verilib. Gəncədə 40-a yaxın çörəkbişirmə sexi fəaliyyət göstərir.
Z.Ağayeva bütün sexlərin sanitar gigiyenik vəziyyətinin yoxlanılacağını bildirib.

Xaliq Qurbanov
Gəncə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?