Modern.az

“Bir neçə aydan sonra dövlət büdcəninə dəyişiklik olacaq”

“Bir neçə aydan sonra dövlət büdcəninə dəyişiklik olacaq”

11 Noyabr 2009, 12:11

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev 2010-cu ilin dövlət büdcəsində təhsil sahəsinə ayrılan ümumi vəsaitin az olması ilə baglı səsləndirilən fikirlərlə razılaşmır. Modern.az saytına açıqlamasında millət vəkili qeyd edib ki, dünyanı cənginə alan maliyyə böhranını nəzərə alanda, təhsilə kifayət qədər vəsait ayrılıb: “Başlıcası odur ki, dövlət proqramları əsasında təhsilin inkişafı ilə bağlı olan məsələlər gələn il də büdcədən maliyyələşdiriləcək.

Məktəbəqər təhsil müəssisələrinin vergidən azad olunması, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlərə əlavə müavinətlərin verilməsi büdcədə əksini tapıb. Bunlar mütərəqqi haldır”. 

Komitə rəhbəri onu da deyib ki, 2010-cu ilin büdcəsi bir qədər konservativdir: “Ona görə də biz hesab edirik ki, büdcənin gəlirləri artacaq. Yəqin ki, bir neçə aydan sonra büdcəyə müəyyən dəyişiklik olacaq”.     

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir