Arxiv
15 Aprel 2017, 12:08 | MÜSAHİBƏ
Övladına "Əbuturab", "Əbutural", "Sison",  "Fəlakət" adı vermək istəyənlər var -  MÜSAHİBƏ

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın Modern.az-a müsahibəsi:

 

-Sayalı xanım, illər əvvəl Azərbaycanda bəzi uşaqlara cinsinə uyğun olmayan, yaxud gülünc səslənən adlar verilirdi. İndi vəziyyət necədir, Komissiyaya müraciətlər artıb, yoxsa azalıb?

 

-Bizə mütəmadi olaraq müraciətlər daxil olur. Bu müsahibədən əvvəl bizə daxil olan müraciətdə valideynlər uşağa “Emral” adını qoymaq istəyirdilər. Araşdırdıq, uşağa həmin adın qoyulmasına müsbət rəy verdik. “Əmrəli” adı var, görək Emral adına maraq necə olacaq.

 

-Ümumiyyətlə, ildən-ilə vəziyyət necə dəyişir?

 

-Qənaətbəxşdir. İnsanlar maarifləndikcə vəziyyət yaxşıya doğru dəyişir. Biz mütəmadi olaraq müsahibələr veririk, televiziyalarda çıxış edirik. Bunun da müsbət nəticələrini görürük. Nail olduğumuz ən müsbət tərəfi də odur ki, artıq insanlar övladına ad qoyarkən fikirləşirlər.

 

-Bu yaxınlarda bölgələrdən birində rayon su idarəsində “Sərxoş” adlı şəxsə rast gəldik. Ad həm də insanın kimliyi barədə ilk təəssürat oyadır...

 

-Doğrudur, ad insan həyatında çox önəmli faktordur. Əvvəllər bu tip adlar var idi, amma indi qoyulmasına icazə vermirik. Bunlar haradasa 1950-60-70-ci illərdə qoyulan adlar idi. "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” rəhbər tutularaq “Sərxoş”, “Ansambl”, “Cinayətkar”, “Limonad” kimi adlar seçilib ayrıca siyahıya salındı. Azərbaycanda şəxs adları siyahısına daxil edilməyən 1700 belə ad var. Bu adların hamısı sistemdən çıxarılıb. Maarifləndirmə işlərinin effektivliyi nəticəsində insanlar bu cür adlara müraciət etmirlər. Əvvəl guya fərqli olmaq üçün uşağa təsadüfi adlar qoyurdular.

 

- Bu gün meyllər daha çox hansı adlaradır?

 

-Mürəkkəb adlara maraq daha çoxdur. “Əkbər İmran”, “Elman Şuşa”. Özü də müraciət edənlər istəyirlər ki, bu adlar ayrı-ayrı yazılsın. Ərəblərdə o sistem var ki, 2-3 ad yanaşı işlədilir. Bizdə o sistem yoxdur. Ona görə də bu kimi adların qoyulmasının qarşısı alınır. İllər əvvəl “Anaxanım”, “Ağabacı” kimi mürəkkəb adlar qoyulurdu. İndi bu adlara müraciətlər yoxdur. “Gülçöhrə” çox gözəl addır. Amma bu ada müraciət yoxdur.

 

-Bu il ərzində müraciət edənlərdən müsbət rəy verdiyiniz hansısa maraqlı bir ad oldumu?

 

-Adlar çoxdur. Həddindən artıq yeni adlar qoyulur. Bu yaxınlarda “Şəhri”, “Əbutural”, “Əbuturab”, “Azimə”, ”Əbafərd”, “Musab”, “Nərgizxatun”, “Sison”, “Sümeyra”, “Zümeyrə” kimi adlar üçün müraciət edilib. Bəzilərinə icazə verilib, bəzilərinə yox. Məsələn, “Əliəsmət” adının qoyulmasının qarşısı alınıb. Çünki “Əsmət” qız adıdır. Valideyn deyirdi ki, “mən ortaq ad qoymaq istəyirəm”. Biz razılaşmadıq. O cümlədən, “Qəmxur”, “Həsəni” adlarına icazə verməmişik.

 

- Valideynlər bu kimi adlarla bağlı müraciət etdikdə nəyi əsas gətirirlər? Məsələn, övladına “Qəmxur” adını vermək istəyən bir valideynin səbəbi nə idi?

 

-Elə bir ciddi səbəb olmur əslində. Valideyn deyir “yuxumda görmüşəm bu adı qoymalıyam”, yaxud “əhd eləmişəm, arzumdur” və s.

 

- Bir neçə il əvvəl dəbə düşən “Dərya”, “Dəniz”, Damla”, “Torpaq” kimi Türkiyədən bizə ötürülən adlar hələ də populyarlığını qoruyurmu?

 

- “Torpaq” adı yox, amma digərləri qoyulur. Bunlar təzə gələn adlardandır. Yəni daha çox qoyulur deyə bilmərik. Məsələn, 100 nəfərdən 3-4 nəfərinə “Dərya”, “Dəniz”, Damla” adı qoyulur. Əksəriyyət çalışır ki, daha sadə, diləyatımlı, mənası dəqiq adları seçsin.

 

-Amma bunların içərisində istisnalar olmamış deyil... Yəqin ki, qeyri-adi, əndrəbadi adlara müraciət edənlər də var...

 

-Əlbəttə var. “Əyalət”, “Əmanət”, “Fəlakət”, “Əqrəb”, “Prikaz”,“Fərmayiş, “Fani”, “Fəthi”, “Fakir”, “Həkkak”, “Əba” kimi adlara mənfi rəy göndərmişik. “Fəlakət” kimi bir adı uşağa qoymaq nə dərəcədə düzgündür axı? Hələ bir xanım qızının adını “Güldan” qoymaq istəyirdi. Digəri israrla oğluna “Ehsan” adı verirdi. Amma təbii ki, hamısının qarşısı alınıb. Müraciət edənlərdən 20-si gözəl olsa da, təxminən 3-ü çox pis adlar olur.

 

-Seçdiyi ada mənfi rəy alan valideynlər etiraz edirmi? Yaxud məhkəmə müstəvisinə qədər gedib çıxanlar olubmu?

 

-Etirazlar olmur. Biz adətən maarifləndirmə, normal danışıqla ailələri başa salırıq ki, bu tip adların qoyulması uşağın gələcəyi üçün yaxşı deyil. Məhkəməyə verən olub. Məhkəmədən də mənfi cavab alandan sonra oturub yeni ad fikirləşirlər.

“Edvard Khan” adını qoymaq istəyən qadın, Türkiyə vətəndaşı ilə ailə qurduqdan sonra ayrılmışdı. İsrarla bu adı qoymaq istəyirdi, məhkəməyə müraciət etdi. Oradan da mənfi cavab alandan sonra övladına nə ad qoydu, onu bilmədim. O adlar ki, uşağın cinsinə uyğun deyil, mənafeyinə xələl gətirə bilər, yaxud gülüncdür, biz onların qoyulmasına icazə vermirik.

 

-Məhkəmədə sizin rəyin əleyhinə bir qərar çıxartdıranlar necə, varmı?

 

-Xeyr. Biz bütün işləri araşdırır və dəqiq qərar çıxarırıq. Buna görə də, məhkəmədə qələbə çala bilmirlər. Biz hər şeyi qanuni şəkildə əsaslandırırıq. Bizim işimiz budur. Əgər qanunsuz bir adı məhkəmə təsdiq edəcəksə, onda belə çıxır ki, bizim qurumun nə rolu var?

 

-Uşaqlara verilən adlarda televiziyada nümayiş olunan seriallar və filmlərin təsirləri görülürmü? Nəzərə alaq ki, illər əvvəl belə ənənə var idi. İnsanlar yerli və xarici filmləri izləyib, bəyəndikləri obrazın adını övladlarına verirdilər...

 

-Var və bu, bütün dövrlər üçün aktualdır. Sovet dövründə “Əhməd haradadır?” filmindən sonra Azərbaycanda “Əhməd” adı populyar olmağa başladı. Yaxud hansısa xalq artistinin adına müraciətlər çox idi. İndi də belədir. Yəqin ki, valideynin öz övladına “Fəlakət” adını vermək istəməsi də məhz bu kimi təsirlərdəndir...

 

- Bəs eyni adın çox qoyulması necə, narahatedici məqam sayıla bilərmi?

 

-Bir adın çox qoyulması da xoşagələn deyil. 2012-2014-cü illərdə oğlan uşaqlarının əksəriyyətinə “Yusif”, “Əli” adları verilib. 1000 uşaqdan 400-500-nə “Yusif” adı verilmişdi. Amma ötən ildən başlayaraq “Yusif” və” Əli” adlarına müraciətlər azalıb.

 

- Sayalı xanım, “Muhəmməd”, “Zəhra”, “Fatimə”, “Yusif”, “Əli”, “Həsən” kimi dini adların azərbaycanlı uşaqlara verilməsi ilə bağlı məhdudiyyətlər olduğu fikirləri nə dərəcədə realdır?

 

- Elə bir şey yoxdur. Bunlar dini adlar olmasına baxmayaraq, ərəb dilinin yox, bizim dilimizin normalarına uyğunlaşdırılıb. “Muhəmməd” yox, “Məhəmməd” qoyulur. Bunlar sabitləşmiş adlardır və qoyulmasının qarşısını ala bilmərik. Almağımız düzgün deyil. Elə bir çərçivə yoxdur ki, adlar yalnız Azərbaycan adları olmalıdır. Elə bir ölkə də yoxdur ki, orada istifadə edilən adların hamısı öz adları olsun. Başqa dildən alınan, amma öz dilinin normalarına uyğunlaşdırılan adlar çoxdur.

 

-Bu sahədə qarşıdakı planlarınız, hədəfləriniz nədən ibarətdir?

 

-Biz bu sahədə mütəmadi olaraq işlər görürük. 2016-cı ildə nəşr etdirdiyimiz “Adlar lüğəti”ni təkmilləşdiririk. Oraya yeni adlar daxil edirik. İşimizin əsas hissəsi maarifləndirmədir. Davamlı olaraq televiziyalarda, mətbuatda çıxış edirik. Fəaliyyətimizi bu istiqamətdə də davam edəcəyik.

 

Gülşən RAUFQIZI

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18