Modern.az

YAP-çı deputat müxalifətin mitinqindən danışdı

YAP-çı deputat müxalifətin mitinqindən danışdı

17 Aprel 2011, 17:24

YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı İctimai Palatanın bu günkü aksiya cəhdini belə qiymətləndirib: "Milçəkdən fil düzəltmək istəyənlər var".
"Azadlıq" radiosuna müsahibəsində millət vəkili bildirib ki, "Sahil" bağında mətbuatın, QHT-nın təmsilçiləri olsa da, aksiya iştirakçıları gözə dəyməyib:
«Bu, bir daha göstərir ki, Azərbaycanda, Bakıda insanlar bu cür aksiyalara mənfi münasibət göstərirlər. Bu iflasdır, radikalların iflası gözə qabağındadır. Bu dəqiqə bağda adamlar oturub dincəlir, girib-çıxır. Aksiya tərəfdarlarını mən görmədim. Mən əmin idim ki, onları görməyəcəyəm. Bu adamlar hay-küydən başqa heç nə edə bilmirlər».

M. Qurbanlı heç kimin saxlanmadığını bildirib:

«Kimsə ictimai asayişi pozubsa, araşdırılıb, buraxılacaq. Ajiotaj yaratmaq lazım deyil. Ərazidə çoxsaylı polis deyil, azacıq polis asayişi qoruyur. Polis müşahidə aparır ki, qeyri-qanuni hərəkətlərə yol verilməsin».

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?