Modern.az

“Elə dövlət müəssisələri var ki, fəaliyyəti yoxdur, amma rəhbərləri xidməti maşınla gəzir”

“Elə dövlət müəssisələri var ki, fəaliyyəti yoxdur, amma rəhbərləri xidməti maşınla gəzir”

11 Noyabr 2009, 12:40

Milli Məclisin noyabrın 10-da keçirilən iclasında deputat Nazim Məmmədov millət vəkillərinə avtomobil verilməsi və parlamentarilərin maddi durumunun yaxşılaşdırılmasının vacib olduğunu vurtulayıb. O, bu təkliflərinin 2010-cu il dövlət büdcəsi layihəsində nəzərə alınmasını istəyib. Amma N.Məmmədovun təklifi spiker Oqtay Əsədov tərəfindən etirazla qarşılanıb. Milli Məclisin sədri deputatlara lazım olan bütün şəraitin yaradıldığını qeyd edib. Millət vəkili Nazim Məmmədov Modern.az-a açıqlamasında büdcə müzakirələri zamanı parlamentdə səsləndirdiyi təklifi belə əsaslandırıb: “O, fikirlə razıyam ki, böhran şəraitində xərclərə qənaət etmək vacibdir. Bu baxımdan Milli Məclisin komitə iclaslarında da məsələ qaldırmışam. Büdcənin xərclər hissəsinin 13-cü bölməsində dövlət müəssisələrinin saxlanması üçün dövlətdən 64 milyon manat yardım ayrıldığı göstərilib. Söhbət özəlləşdirməyə verilməyən dövlət müəsissələrindən gedir. İqtisadi islahatlar dövründə onlar nə qədər tez özəlləşdirilməyə çıxarılsa, o qədər məqsədəuyğundur. Çünki müəssisələrin rəhbərləri və onların müavinlərinin heç bir fəaliyyəti yoxdur. Ancaq onlar avtomobillərlə təmin olunublar. Təbii ki, bunun üçün xeyli vəsait ayrılır. 64 milyon 500 min manat az vəsait  deyil. Təcili olaraq bu müəssisələr özəlləşdirilməyə açılmalı və idarəetmə dəyişdirilməlidir. Oradan qənaət olunan vəsaitlərin bir hissəsi  Sahibkarlığa Kömək Milli Fonduna, bir hissəsi isə deputatların avtomobil məsələsinin həll olunmasına ayrılmalıdır.

Deyirlər ki, mənbəyi hardan götürək. Deputatların ayrılıqda mikrofondan kənarda danışdıqlarını mən ifadə edirəm. Hesab edirəm ki, deputatların statusuna uyğun olaraq, bəzilərinin maddi imkanı nəzərə alınmalı, onlar xidməti avtomobillə təmin olunmalıdırlar. Bu heç də Nazim Məmmədovun özu ilə bağlı deyil. Nazim Məmmədovun bir neçə maşını var. Burada söhbət deputata münasibətdən gedir.  Hökumət bu məsələni dövlət başçısına çatdırsa, problemin müsbət həll olunacağına əminəm. Bu və ya digər formada bizim xüsusi ideyalarla bağlı söylədiyimiz fikirlərə uyğun dövlət siyasəti dinamik olmalıdır. Bu məsələni biz gündəliyə gətiririk”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir