Modern.az

Məlahət İbrahimqızı: “Xalqımız həmin qüvvələri tarixin arxivinə göndərib”

Məlahət İbrahimqızı: “Xalqımız həmin qüvvələri tarixin arxivinə göndərib”

18 Aprel 2011, 11:41

«Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr heç vaxt məqsədlərinə çatmayacaq. Çünki xalqımız həmin qüvvələri çoxdan tarixin arxivinə göndərib».

Modern.az saytı məlumatına görə, bu fikirləri  Yeni Azərbaycan Partiyasını (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı partiyanın rəsmi saytına açıqlamasında bildirib. O qeyd edib ki, bu gün radikal müxalifət dövlətimizin nüfuzuna zərbə vurmaq istəyir.

«Belə hərəkətləri yalnız anti-milli qüvvələr edə bilər. Amma bu cəhdlərin heç bir mənası yoxdur. Çünki ictimaiyyətin qanunsuz mitinq cəhdlərinə kəskin etirazı bir daha təsdiqləyir ki, xalqımız bir daha 1990-cı illərin əvvəlini yaşamaq istəmir. Ölkə vətəndaşları Prezidentimizin ətrafında sıx birləşib və həyata keçirilən siyasəti dəstəkləyirlər»-deyə M.İbrahimqızı əlavə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?