Arxiv
26 Aprel 2017, 09:27 | ÖLKƏ
Bu il Gül bayramı fərqli formatda keçiriləcək - Bakı Meriyasından AÇIQLAMA

Görkəmli dövlət xadimi, mərhum Heydər Əliyevin doğum günü ilə bağlı hər ilin 10 may tarixində keçirilən Gül bayramı bu il təmtəraqlı təşkil olunmayacaq.

Əvvəlki illərdə Bakıda, Heydər Əliyev Sarayın qarşısında və “Qış bulvarı”nda keçirilən bayram hazırlıqları aprelin ortasından başlayırdı. Müxtəlif dekorasiyalar qurulur, Bakı meri Hacıbala Abutalıbovun göstərişilə xarici ölkələrdən al-əlvan güllər gətirilirdi. Aprelin sonu olmasına baxmayaraq, bu il hər hansı hazırlıq işləri getmir...


Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gül bayramı yeni formatda qeyd ediləcək:

“Mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq. Hər il mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurub və bununla bağlı şəhər İcra Hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib. Şəhərin rayonlarının geniş ictimaiyyətinin və icra hakimiyyəti strukturlarının iştirak edəcəyi əmək və Gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq”.

 

Meriyadan Modern.az-a verilən cavabda daha sonra bildirilib:


“Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək. İnsanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar”.

Xatırladaq ki, 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirlmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın “Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi.

Qeyd edək ki, Gül bayramı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsüdür.

Gülşən RAUFQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59 Çağdaş və qədim Özbəkistanda 10 gün - REPORTAJ 27 May 2019, 10:53 Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu 27 May 2019, 10:52 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 27 May 2019, 10:47 Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verildi 27 May 2019, 10:44 Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb 27 May 2019, 10:36 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTOLAR 27 May 2019, 10:19 Məmmədyarov: "Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir" 27 May 2019, 10:12 “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir 27 May 2019, 10:11 Tramp İranla danışıqlar üçün şərt irəli sürdü 27 May 2019, 10:06 “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi   27 May 2019, 10:04 BirBank-ı artıq meqabaytsız da istifadə etmək olar   27 May 2019, 10:02 Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək 27 May 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 27 May 2019, 09:39 Konqoda gəmi batdı - 30 nəfər öldü 27 May 2019, 09:09 Litvada yeni prezident seçildi - FOTO 27 May 2019, 09:07