Modern.az

Azərbaycanda unikal laboratoriyalar bu universtitetdə qurulur 

Azərbaycanda unikal laboratoriyalar bu universtitetdə qurulur 

25 Aprel 2017, 17:39

Ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Qərb Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş əsaslı yenidənqurma işləri davam etdirilir. Modern.az xəbər verir ki, universitetin infrastrukturunun, maddi-texniki bazasının yaxşılaşdırılması üçün müasir qurğu və cihazlarla təchiz olunmuş laboratoriyalar qurulur.

 

Xüsusilə mühəndislik istiqamətləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyaların formalaşdırılmasına başlanılıb və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Mexatronika və robototexnika mühəndisliyi, maşınqayırma, həmçinin meşəçilik, ağac emalının texnologiyası ixtisasları üzrə də laboratoriyaların təşkilinə start verilib. Ağac emalı ilə bağlı əldə olunacaq qurğular ölkədə ilk dəfə Qərb Universitetində tətbiq olunacaq.

 

Universitetdə daha bir unikal laboratoriya - genetik analizlərin aparılmasına imkan verən laboratoriya da qurulmaqdadır.

 

Ekologiya mühəndisliyi sahəsi üzrə qurulmaqda olan laboratoriyanı da xüsusilə vurğulamaq olar. Burada aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!