Modern.az

Ermənilər atəşkəsi pozub, iki əsgərimiz yaralanıb

Ermənilər atəşkəsi pozub, iki əsgərimiz yaralanıb

20 Aprel 2011, 11:31

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 19-da saat 12.35-dən 13.05-dək Ermənistan Respublikasının Krosnaselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- saat 18.55-dən 18.58-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyindən Modern.az-a bildirlib ki, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya bildirib ki, Milli Ordunun iki əsgəri yaralanıb. hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb. Ermənilərin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Fazil Elxan oğlu Abdullayev və 1990-cı il təvəllüdlü Elşən İsfəndiyar oğlu Nəzərov düşmən gülləsinə tuş gəlib. Hər iki əsgər hospitala yerləşdirilib. F. Abdullayevin vəziyyəti orta ağır qiymətləndirilir. E. Nəzərov isə yüngül xəsarət alıb.
Qeyd edək ki, F. Abdullayev Gədəbəy, E. Nəzərov isə Kəlbəcər Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?