Modern.az

“Rəqabət Məcəlləsi qəbul olunmalı, inhisarçılıq aradan qaldırılmalıdır!”

“Rəqabət Məcəlləsi qəbul olunmalı, inhisarçılıq aradan qaldırılmalıdır!”

Aktual

26 Aprel 2017, 12:32

Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi 2-ci oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur.

 

Milli Məclisin iclaslarının birində məsləyə parlamentin sədri Oqtay Əsədov da münasibət bildirib:

 

“2008-ci ildən başlanan iqtisadi böhrandan sonra iqtisadi şərtlər də dəyişib. Buna görə də Rəqabət Məcəlləsi dəyişdirilməlidir. Bunun üzərində iş gedir. Nə zaman tam hazır ediləcək, onda da Milli Məclisə daxil olacaq”.

 


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında Rəqabət Məcəlləsinin qəbul edilməsini vacibliyindən danışıb:

 


“Rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək üçün mütləq Rəqabət Məcəlləsi qəbul edilməli, inhisarçılıq aradan qaldırılmalıdır. Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub”.

 


V.Əhmədov da bildirib ki, Rəqabət Məcəlləsi hələ Milli Məclisə daxil olmayıb.

 

“Rəqabət Məcəlləsi 2-ci oxunuşdan keçsə də, sonradan qanun layihəsi “yoxa çıxıb”. Hər il biz bu məsələni qaldıranda deyirlər ki, nazirlik üstündə işləyir. Amma qanun layihəsi yoxdur. Bunun nə qədər davam edəcəyini isə deyə bilmərəm”.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər