Modern.az

Bakıdakı bütün məscidlər İslam Oyunlarına hazırlanıb

Bakıdakı bütün məscidlər İslam Oyunlarına hazırlanıb

Aktual

26 Aprel 2017, 13:12

Gələn ay ölkəmizdə keçiriləcək, 57 ölkəni təmsil edən üç mindən çox idmançının və 15 mindən çox turistin qatılacağı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları münasibətilə bütün məscid və ziyarətgahlarda idmançıların, eləcə də turistlərin ziyarət və ibadətləri üçün hər cür şərait yaradılıb. Bu barədə AZƏRTAC-a məxsusi olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bununla bağlı dini icmalara, din xadimlərinə xüsusi tapşırıqlar verilib.

Qeyd edək ki, ölkə ərazisində 2166 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Bundan başqa, Azərbaycanda 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir