Modern.az

ABŞ Qarabağa görə erməni-türk münasibətlərinin pozulmasından təəssüf edib

ABŞ Qarabağa görə erməni-türk münasibətlərinin pozulmasından təəssüf edib

20 Aprel 2011, 11:35

“Erməni-türk münasibətlərinin normallaşması türk və ABŞ diplomatları, o cümlədən dövlət katibinin türk həmkarı ilə görüşlərdə tez-tez müzakirə mövzusu olur”. Modern.az “Anadolu” agentliyinə istindən bildrir ki, bu barədə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon bildirib.

Qordon qeyd edib ki, bu məsələ ABŞ üçün çox mühüm əhəmiyyət daşıyır. “Son bir neçə ildə münasibətlərin tənzimlənməsi üçün cəhdlər olub. Bu səylər bizim tərəfdən dəstəklənib. Bir müddət əvvəl isə proses dayanıb. Biz buna təəssüf edirik.  Hesab edirik ki, hər iki ölkənin maraqları normallaşma prosesinin davam etdirilməsini istəyir. Bununla bağlı ölkələr arasında mehriban əlaqələrinin və azad ticarətin aparılması prosesinə dəstək veririk”.   

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?