Modern.az

Məşhur “Mimino”: “Moskvaya rus tankları Gürcüstanı tərk etdikdən sonra qayıda bilərəm”

Məşhur “Mimino”: “Moskvaya rus tankları Gürcüstanı tərk etdikdən sonra qayıda bilərəm”

20 Aprel 2011, 11:42

Məşhur gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze BBC-yə müsahibəsində 2008-ci ilin avqustunda baş vermiş Rusiya –Gürcüstan müharibəsi barədə danışıb.

“Mən əgər avqust ayından sonra Rusiyaya səfər etsəydim o zaman güzgüdə özümə baxmağa utanardım”-deyə aktyor bildirib. Kikabidzenin sözlərinə görə, müharibə zamanı hər şeyi öz gözləri ilə görüb.
“Rus xalqına qarşı mənim heç bir iradım və qəzəbim yoxdur. Amma həqiqət başqa şeydədir: Rusiya kimi nəhəng provoslav dövləti sovet qayda-qanunlarını bərpa etmək üçün balaca provoslav ölkəsi olan Gürcüstana müdaxilə etdi”-deyə Kikabidze bildirib.
O deyib ki, Rusiyaya yalnız rus tankları Gürcüstanı tərk etdikdən sinra qayıda bilər.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?