Modern.az

Kreml Ərdoğana cavab verdi: “Putin Əsədin vəkili deyil”

Kreml Ərdoğana cavab verdi: “Putin Əsədin vəkili deyil”

Aktual

26 Aprel 2017, 14:53

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Moskvanın Əsədlə bağlı məsələdə güzəştə gedə biləcəyini deyib.

 

 Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məsələ ilə bağlı Moskvanın rəsmi mövqeyini səsləndirib.

“Putin Əsədin vəkili deyil, o, beynəlxalq hüququn vəkilidir” – deyə Peskov deyib.

 

Ərdoğan Reuters agentliyinə müsahibəsində Putinin onunla görüşdə Əsədlə bağlı verdiyi açıqlamaları səsləndirmişdi.

“O mənə dedi ki, Ərdoğan, məni səhv anlama. Mən Əsədi müdafiə etmirəm, onun vəkili də deyiləm”.

 

Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir