Azərbaycan Baş Prokurorluğu Ukraynada Azərbaycan şirkətlərinə qarşı cinayət işlərinin başlandığı barədə bəzi KİV-lərin yaydığı informasiyalara aydınlıq gətirib.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada bildirilib:
“Bəzi kütləvi informasiya vasitələrində Ukrayna Prokurorluğunda Azərbaycan şirkətlərinə qarşı cinayət işinin başlanması barədə yayılan informasiyalarda göstərilən xüsusatların həqiqiliyi Azərbaycan Baş Prokurorluğu tərəfindən Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə araşdırılır.
Göstərilənlərlə əlaqədar Ukrayna Baş Prokurorluğu ilə müzakirələr aparılır”.
Modern.az