Modern.az

Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır - VİDEO

Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır - VİDEO

26 Aprel 2017, 23:31

Bəzi dərmanların adı, tərkibi və göstəriciləri eyni olsa da, birinin qiyməti digərindən çox fərqlənir. Tərkibi və göstəriciləri eyni olduğu halda qiyməti fərqli olan dərmanların sayı kifayət qədər çoxdur. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, apteklərdə çalışanlar bunun özünəməxsus səbəbi olduqunu bildirir.

Belə dərmanların hamısının qiyməti Tarif Şurasının qərarı ilə tənzimlənir və hər biri haqqında məlumat da Tarif Şurasının saytında yerləşdirilib. Buna baxmayaraq, qiymətlər arasındakı bu qədər fərq dərmanların keyfiyyəti məsələsini gündəmə gətirir.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin sözçüsü Liya Bayramova bildirib ki, apteklərdə satılan bütün dərmanlar yoxlamadan keçirilir və keyfiyyətlidir.

Tarif Şurasından katibliyindən verilən məlumata görə isə, qiymətlər arasındakı fərqin səbəbi dərmanı istehsal edən şirkətinin müasir texnalogiyalardan daha çox istifadə etməsi, bəynəlxalq sertifikatlara malik olması və istehsal edilən dərmanın maya dəyərinin yüksək olması ilə əlaqədardır. Belə dərmanlar isə əsasən Avropadan ölkəmizə idxal edilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir