Modern.az

Bakı metrosunda PROBLEM: qatar tuneldə qaldı

Bakı metrosunda PROBLEM: qatar tuneldə qaldı

27 Aprel 2017, 09:54

Bu gün səhər saatlarında “Dərnəgül”- “Həzi Aslanov” istiqamətində hərəkət edən 24 saylı qatarda nasazlıq yaranıb. Bu səbəbdən də qatar 10 dəqiqəyə yaxın tuneldə qalıb, sərnişinlər arasında panika yaşanıb.

 

Bu haqda Modern.az-a məlumat verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, nasazlıq “28 May” stansiyasında qeydə alınıb:

“Bu səbəbdən də qatar “Nəriman Nərimanov” stansiyasında boşaldılıb, depoya göndərilib. Ona görə də xəttə gecikmə yaranıb, interval pozulub”.

N.Paşayev bildirib ki, sərnişinlər arasında narahatlıq yaranması ilə bağlı məlumat daxil olmayıb.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!