Modern.az

Botaş International Limited şirkətinin rəhbərliyi BANM-də

Botaş International Limited şirkətinin rəhbərliyi BANM-də

27 Aprel 2017, 11:05

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımov və Türkiyənin BotaşInternationalLimited (“BIL”) şirkətinin prezidenti ErdoğanTozan və Maliyyə və inzibati məsələlər üzrə direktoru Əhməd Akın arasında görüş keçirildi. Görüşdə sözügedən şirkət haqqında məlumat verildi və fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olundu.

 

Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən BANM-in rektoru Elmar Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirdi. O, BANM tələbələrinin Türkiyənin bir sıra müəssisələrində hər il təcrübə keçdiyini bildirərək belə bir imkanın Botaş tərəfindən yaradılması potensialının araşdırılmasını təklif etdi. Rektor qeyd etdi ki, bu kimi təlimlər Ali Məktəbin tələbələrinin inkişafina xidmət edəcəkdir. Şirkətin baş direktoru ErdoğanTozan da öz növbəsində bu təklifə müsbət yanaşdıqlarını vurğuladı və məsələnin həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəklərini bildirdi.

 

Qeyd edək ki, BotaşInternationalLimited şirkəti neft-qaz sektorunda xarici tərəfdaşlarla səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə BOTAŞ tərəfindən yaradılmışdır. Şirkətin ən böyük və əhəmiyyətli layihələrindən biri də Bakı-Tbilisi-Ceyhan layihəsidir. Şirkət eyni zamanda TANAP layihəsində də iştirak edir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır