Modern.az

Nazirliklər parlamentə toplaşdı

Nazirliklər parlamentə toplaşdı

Aktual

27 Aprel 2017, 11:29

“Tütünlə mübarizə məsələsi, daha doğrusu, ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan müvafiq qanun layihəsi ictimaiyyətdə geniş müzakirəyə səbəb olub. Bu, əslində daim diqqət mərkəzində olan məsələdir. Çünki birbaşa insanların sağlamlığı ilə bağlıdır”.

 

Modern.az xəbər verir ki, bunu  Milli Məclis sədrinin müavini Bahar Muradova “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda parlamentin 5 komitəsinin birgə təşkil etdiyi dəyirmi masada cıxışı zamanı deyib.

 

O deyib ki, məsələnin aktuallığı və əhəmiyyətliliyi tədbirdə müvafiq dövlət qurumlarının və onların təmsilçilərinin də iştirakını zəruri və vacib etdi.

 

B. Muradova bildirib ki, bu baxımdan Dəyirmi masaya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin və sairə təmsilçiləri dəvət olunublar.

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!