Modern.az

“Siqaret çəkənlərin qarşısını tam ala bilməyəcəyik”

“Siqaret çəkənlərin qarşısını tam ala bilməyəcəyik”

Aktual

27 Aprel 2017, 11:50

“Ümumdünya Səhiyyə Təşkilatının statistikasına istinadən demək olar ki, bu gün dünyada hər 6 saniyədən bir tütündən istifadə edənlərdən biri dünyasını dəyişir. Bu da il ərzində 15 milyon insanın ölməsi deməkdir. Eyni zamanda, ağciyər xərçəngindən əziyyət çəkənlərin göstəricisinə baxanda görərik ki, onların sayı tütündən istifadə etməyən şəxslərdən 30 dəfə çoxdur”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində “dəyirmi masa” parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.


Komitə sədri bildirib ki, Azərbaycanda siqaret çəkənlərin sayı MDB ölkələrində olan rəqəmə yaxın göstəricidir.

“Nə qədər qadağalar qoysaq da, siqaret çəkənlərin, tütündən istifadə edənlərin qarşısını tam ala bilməyəcəyik. Təəssüf ki, siqaret istehsal edən böyük şirkətlər harada ki, siqaret satışını məhdudlaşdırmaq istəyən ölkə olanda öz məhsullarını infikaş etməkdə olan digər ölkələrə göndərirlər. Eyni markadan olan siqaretlərin başqa ölkələrdəki keyfiyyətinə baxanda keyfiyyət heç də eyni olmur. Yəni, keyfiyyətsiz siqaretlər bazara axın edir”.


Ə.Əmiraslanov qeyd edib ki, bəzi layt siqaretlərinin üzərində nikotinin az olması barədə məlumatın yazılması ona qarşı mübarizəyə problem yaradır.

“Həm layt, həm də layt olmayan siqaretlərin insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur”

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində qeyd edilib ki, hər kəsin tütün məmulatları, onların inqrediyentləri, tütün çəkilməsinin zərərli təsiri, profilaktikası və məhdudlaşdırılması barədə məlumat almaq hüququ var.

Belə ki, tütün məmulatlarının tərkibində olan inqrediyentlərin siyahısı, dövriyyəyə buraxılmış tütün məmulatlarının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatlar istifadəçiyə bildirilməli, tütün məmulatları qutularının üzərində həmin məlumatlar əks etdirilməlidir.



Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar