Modern.az

Bayram Hüseynzadəyə daha bir vəzifə verildi

Bayram Hüseynzadəyə daha bir vəzifə verildi

Aktual

27 Aprel 2017, 14:34

YAP universitet ərazi təşkilatının sədri seçildi


Yeni Azərbaycan Partiyası  Bakı Mühəndislik Universitetində ərazi ilk partiya təşkilatının təsis konfransı keçirilib. Konfransda universitet rəhbərliyi, müəllim - tələbə heyəti ilə yanaşı, Abşeron icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev və Respublika YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak edib.

Modern.az xəbər verir ki, konfransı açıq elan edən universitetin rektoru, professor Havar Məmmədov YAP-ın görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ziyalılar tərəfindən qurulduğunu, məqsədinin xalqımıza, dövlətimizə xidmət etmək olduğunu vurğulayıb. Rektor qeyd edib ki, BMU  yeni yaranmış universitetdir və burada təsis edilən ərazi ilk partiya təşkilatına kollektivdən 200 nəfərdən çox könüllü olaraq üzvlük üçün müraciət edilib.

 Professor Əjdər Ağayev, iqtisadiyyat və idarəetmə  fakültəsinin dekanı Yaşar Etibarlı, müəllimlər Xanlar Heydərov və Turac Məmmədova YAP-ın dövlət müstəqilliyinin möhkəmlənməsində, ölkənin inkişafında olan xidmətindən danışəblar.


YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu günü tarixi bir gün adlandırıb. Partiyanın Azərbaycan cəmiyyətinə verdiyi töhvələrdən danışaraq qeyd edib ki,  YAP Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət və demokratiya gətirib. YAP Gənclər birliyi olaraq BMU ilə əlaqələrin inkişafında  maraqlı olduqlarını, birlikdə layihələr həyata keçirə biləcəklərini qeyd edib.

Sonda YAP  Bakı Mühəndislik Universitetində ərazi ilk partiya təşkilatı təsis edilib və idarə heyətinə 9 nəfər üzv seçilib. Üzvlər arasından universitetin Humanitar və Sosial məsələlər üzrə prorektoru Bayram Hüseynzadə təşkilatın sədri seçilib.

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!