Modern.az

“Türk axını”nın tikintisi yayda start götürür

“Türk axını”nın tikintisi yayda start götürür

27 Aprel 2017, 14:43

“Türk axını” ilə bağlı ilk tikinti işləri 2017-ci ilin yayında start götürəcək. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Qazprom” şirkəti məlumat yayıb.

 

Qaz kəmərinin dəniz xətti Rusiyanın Anapa şəhəri yaxınlığında başlayacaq və İstanbulun 100 kilometrin qərbində quruya çıxacaq. Borunun maksimal dərinliyi 220 metr, dəniz xəttinin ümumi uzunluğu isə 900 kilometr olacaq. “Türk axını” ilə hər il 31,5 milyard kub metr qazın nəqli nəzərdə tutulur.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi