Modern.az

Yol Polisindən Yol-Patrul Xidmətinin qəzası ilə bağlı AÇIQLAMA

Yol Polisindən Yol-Patrul Xidmətinin qəzası ilə bağlı AÇIQLAMA

Aktual

27 Aprel 2017, 15:03

Ələt-Astara yolunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a deyib ki, hadisə Ələt-Astara yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb:

 

“Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına məxsus 99 YP 921 dövlət nömrə nişanlı avtomobil 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "Mercedes"in ön oturacağında əyləşmiş sərnişin həlak olub”.

 

K.Əliyevin sözlərinə görə, ölənlər arasında polis əməkdaşı yoxdur:

 

“DYP maşınını idarə edən sürücü, "Mercedes"in sürücüsü və daha bir sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırmalara davam edir.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir