Modern.az

Özbəkistanda küçədə öpüşməyə icazə verildi

Özbəkistanda küçədə öpüşməyə icazə verildi

27 Aprel 2017, 15:40

Özbəkistanda sevgililərin küçədə öpüşməsinə icazə verilib.

 

Modern.az Özbəkistan KİV-nə istinadən xəbər verir ki,  bu barədə Daşkənd polisinin rəisi Bahodır Qurbanov deyib. Onun sözlərinə görə heç kəsin sevgililəri saxlamağa icazəsi yoxdu.

 

“Biz dünyəvi ölkədə və demokratik cəmiyyətdə yaşayırıq. Əgər gənclərin addımı ədəb sərhədlərini aşırsa, buna qarşı polislər yox, ictimai təşkilat nümayəndələri qarşı çıxa bilər.Polis cəmiyyət qarşısında nüfuzunu düzgün addımlarla qaldırmalıdır”.

 

Özbəkistanda polisin öpüşən gəncləri saxlaması ilə bağlı faktlar sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub.

 

Vüqar İSMAYILOV

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı