Modern.az

“Müasir biologiyanın innovasiya problemləri” ilə bağlı müzakirələr aparılıb

“Müasir biologiyanın innovasiya problemləri” ilə bağlı müzakirələr aparılıb

Aktual

27 Aprel 2017, 15:22

Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən, gənc alimlərin və tədqiqatçıların “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda VII beynəlxalq elmi konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, alim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri beynəlxalq konfransda BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz tarixi xidmətlərindən, xilaskarlıq rolundan danışıb. Ulu öndərin elmə, təhsilə daim böyük önəm verdiyini xatırladan rektor Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.

Müasir dünyada elmə, təhsilə xüsusi əhəmiyyət verildiyini qeyd edən akademik Abel Məhərrəmov BDU-da bu sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən söz açıb. Gənc alim və tədqiqatçılar üçün böyük əhəmiyyət daşıyan konfransın işinə uğurlar arzulayan rektor diqqətə çatdırıb ki, hər il keçirilən bu təbir müsbət nəticələr verməkdədir.

BDU-nun Biologiya fakültəsinin dekanı, professor Akif Quliyevin “Müasir biologiyanın innovasiya problemləri”, mikrobiologiya kafedrasının doktorantı və müəllimi, Prezident mükafatçısı Aygün İsrayılovanın “Yeni antimikrob maddələr və onların əhəmiyyəti” mövzularında məruzələrindən sonra konfrans işini “Bitki fiziologiyası, biokimya, biofizika, molekulyar biologiya”, “Zoologiya”, “İnsan və heyvan fiziologiyası və genetika”, “Botanika və mikrobiologiya” bölmələri üzrə iclaslarla davam etdirib.

Konfrans aprelin 28-də başa çatacaq.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir