Arxiv
28 Aprel 2017, 13:57 | AKTUAL
“Milyonerlər məhəlləsi”ndə toy

Hidayət Elvüsal


Ağız deyəni qulaq eşitmirdi. Oxuyan da Faiq deyildi, Ramiq idi. Xırıltılı səsi mikrofondan süzülüb, qulaqları deşirdi.

- Sən öləndən çəkilib yuxum, ay ana,

Elə bil dünyada yoxum, ay ana.

Göz yaşına dönüm, axım, ay ana,

Yanağın islansın çiçəklər kimi…

Bayaqdan bəri bunları dinləyib, ağlayan arvad dizlərinə döydü.

- Xalan ölsün, xalan ölsün!

Elə bunu demişdi ki, müğənni “A Bağdagül, Bağdagül, Bağdagül” deyib, şıdırğı bir mahnıya keçdi. Həmin arvad da salfetlə gözlərini yaşını silib, atıldı meydana. Oynadı haa… Bəs eləmədi, ürəyi soyumadı, ayaqqablarını çıxarıb, yalın ayaqları ilə atılıb-düşdü…

Əlbəttə, toyda yaxşı vəzifə sahibləri də vardı. Özləri dartıb, oturmuşdular arvadlarının yanında. Amma araq yavaş-yavaş öz işini görürdü. Qalstuklar bala-bala boşalır, sifət qızarır, dişlər ağarırdı. Bir az da keçdi. Və… toy başlandı. Müdirlər, şöbə rəisləri… köməkçilər “Canxanadır, cancana”nın sədaları altında əyrim-üyrüm hərəkətlərlə oynaşırdılar (hə - oynayırdılar yox, oynaşırdılar).

Arvadları qəsdən sinələrini, qulaqlarını, əllərini az qala kameraya soxub, qır-qızıllarını, brilyantlarını göstərirdilər. Məclis od tutub, yanırdı.

Və o vəzifə sahiblərindən biri mikrofonu ələ keçirdi. Danışırdı, amma qulaq asan kim idi?

- Mənim toyum olanda, gecə bizim bu arvad məni gəlin otağına buraxmırdı.

Arvadı yanındakının qoluna toxundu:

- Aaz, yalan deyir. Utandığından gəlmirdi. Axırda yengə boynunun kökündən basıb içəri saldı. İçəri girən kimi də qayıtdı ki, bıy sən burda nə gəzirsən?

Kişi danışırdı:

- İndi Allaha şükür, nəvəmiz də var. Özü də məndən yaxşı maşın sürür. O biri dədəsindən öyrənib, - deyə zarafata keçdi, - Yadınızdadı, dədəsinin bir eşşək arabası vardı.

Arvadı od götürdü. Yanındakına:

- Yenə mənim dədəmin bir eşşək arabası vardı. Bunun dədəsinin heç bircə biti də yoxuydu. Elə bizim mal-heyvanı otarıb, bunları saxlayırdı.

Cavanlar da oynayırdılar. Yəni arvadlar demişkən “dans” edirdilər. Və iki qadın bərk müzakirəyə keçmişdilər:

- Aaz, məni qınama, sənə bir söz deyim.

- De!

- Vallah, bayaq sənin qızın tualetdə siqaret çəkirdi.

Qızın anası qızardı, amma özünü tez topladı:

- Uyy, bilirsən xalası, dünəndən bəri dişi ağrıyır anası ölmüşün. Dərman da içən deyil. Bayaq dedilər ki, siqaret diş ağrısını…

- Aaz, o günü də belə səndələyə-səndələyə gəlirdi. Piyan adama oxşayırdı.

- Uyy az, yox canın üçn! Təzyiqi qalxıb balamın, evə güclə gəlib çıxıb.

- Bəs, o avariya məsələsi nəydi?

- Bax, xalası, o restoranın yanından dönəndə maşın ağaca dəyib. Denən niyə?

- Niyə?

- Vallah heç niyə! Bu Hacıbala Abutalıbov qəsdən gətirib orda ağac-zad əkib.

- Harda?

- Mənim qızımın yolunda. Nədi-nədi, mənim qızım pavarot eləyəndə, o ağcların birinə…

- Aaz, o ağaclar əkiləndə sənin qızın inqə deyirdi. Bax, indi ona bax, ona. Göbəyi görünür. Ayıb deyil, qız uşağıdı. Bir evdə denən dəə.

- A bajı, indiki cavanların nəyi varsa…

- Göstərməlidirlər?!

- Yox e, o paltar düzəldənlərin evi yıxılsın. Şalvarı cırıb satırlar, qovtanı da belə gödək.

Birdən musiqiçilər tərəfdə ara qarışdı. İki gənc mübahisə edirdi:

- Mən səndən qabaq zakaz vermişəm. Onu oxusun, sonra gəl de sözünü.

- Məndən qabaq gəlib nə qədər vermisən? Əlli manat! Mən iki yüz dollar vermişəm.

- Ə, pula qalsa bu saat min dollar da verərəm. Söhbət bunda deyil.

- Yox, söhbət elə bundadı!

Oğlanlardan biri, əlini cibinə salıb, 10 ədəd 100-lük dollar sayıb, müğənninin cibinə basdı:

- Gəla! Oxu! Denən apardı sellər Saranı.

- Ə, dayan e, min dollar verib, Saranı selə atma.

- …

- …

Qızlar xısınlaşırdılar:

- Evə gedəcəksən?

- Yox, əşi! Səhərə qədər ordakı kafedə olacağıq. Sən evə?

- Bilmirəm! Papanı güdürdüm. Az içdi. Evə çatanda məni soruşacaq.

- Denən də, elə indi de ki, palruqalar bir yerdə məclis keçirəcəyik.

- Toydan sonra nə məclis?

- Toydan sonra nağara olmaz, amma məclis olar!

Başqaları da vardı. Qız:

- Niyə susursan?

- Nə deyim?

- Toydu də, hamı şənlənir.

Oğlan başını buladı:

- Bizimkilərin şənlənməsi sadəcə olaraq dəhşətdir, fəlakətdir.

- Döz dəə, mən dözürəm ki!

- Elə danışma, sən də dözmürsən! Hamı özünü göstərir. Biri pulunu, biri qızılını, biri səviyyəsini, o biri göbəyini…

- Yaxşı də! İstəyirsən dur gedək.

- Hara!

- Evə! Sabah imtahanın yoxdu?

- Var! Sənin də imtahanın var. Gedək!

Onlar ayağa qalxanda, bayaqkı arvadlardan biri üz-gözünü turşutdu:

- Bıy, bıy, bıy, bunlara bax! Külü qoyum başınıza! Ağıllı çıxıblar. Bizi bəyənmirlər.

- Təzə nişanlanıblar.

- Gədə o qədər oxuyub ki, gözlüksüz gəzə bilmir. Bizim uşağın imtahanında heç xəbəri olmur. Papası adam göndərir, qiymətlərini yazdırır.

- Onun atasını pulu yoxdu.

- Aaz, niyə yoxdu?! Bizlərdən də varmıdılar. Uşaqları da bu gündə. Gədə Amerikada medal alıb. Qız da o böyük təqaüd.

Birdən o biri qadın çığırdı:

- Uyy aaz, qızın nağaraçalanı döyür…

- Aaz, mənim qızım o müğənninin belinə minəndi. Bu zadın qızıdı, o … şöbə müdirinin…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu 4 İyul 2020, 19:27 KİVDF qəzetlərə maliyyə yardımı ayırdı - SİYAHI 4 İyul 2020, 19:01 Paytaxtın 544 küçəsi dezinfeksiya olundu 4 İyul 2020, 18:16 Türk əsgərinin qatilləri 30 il sonra YAXALANDILAR 4 İyul 2020, 18:10 Zelenskidən Putinə MESAJ: “Bizdən heç nə tələb edə bilməzsiniz” 4 İyul 2020, 18:02 Azərbaycanın 4 rayonunda yaranmış su qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA 4 İyul 2020, 17:48 Dünyanın ən yaşlı pişiyi öldü 4 İyul 2020, 17:24 Hövsanda dəfn mərasimində iştirak edənlər SAXLANILDI 4 İyul 2020, 17:13 Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 Gəncədə deputat və bələdiyyə sədrinin iştirakı ilə reyd keçirib 4 İyul 2020, 16:36 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57 Dollar yağışı 4 İyul 2020, 11:55