Modern.az

Bakıda bədbəxt hadisə - Qadın və kişi balkondan düşdü  

Bakıda bədbəxt hadisə - Qadın və kişi balkondan düşdü   

29 Aprel 2017, 10:11

Bakının Suraxanı rayonunda ardarda iki bədbəxt hadisə baş verib.

Modern.az “Report”a istinadən xəbər verir ki, eyni ünvanda yaşayan kişi və qadın binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq xəsarət alıb.

Hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Əvvəlcə qəsəbənin ev 7A ünvanında yaşayan 1972-ci il təvəllüdlü Hüseynova Nəzakət, ardınca isə 1982-ci il təvəllüdlü Rzayev Teymur Vaqif oğlu 3-cü mərtəbənin eyvanından yerə yıxılıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu