Modern.az

Qırğızıstanda matəm elan olundu - YENİLƏNİB

Qırğızıstanda matəm elan olundu - YENİLƏNİB

29 Aprel 2017, 16:06

Qırğızıstanın cənubunda yerləşən Oş vilayətində güclü torpaq sürüşməsi baş verib."İnterfaks" xəbər verir ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə, 24 nəfər ölüb.

 

Hadisə bu gün səhər yerli vaxtla saat 7.00 radələrində Uzgen rayonunun Zərgər kəndində baş verib. Sürüşmə zonası 1 milyon kubmetr ərazini əhatə edir.

Sürüşmə nəticəsində 7 ev iri torpaq kütləsinin altında qalaraq dağılıb. İlkin məlumata görə, ölənlərin hamısı hadisə vaxtı evdə olub və torpaq qatının altında qalıb.

 

Hadisə yerinə FHN-in 100-dən artıq əməkdaşı cəlb olunub. Onlar torpaq kütləsini təmizləməyə, torpağın altında qalanları çıxarmağa çalışırlar.

 

***

Qırğızıstan prezidenti Almazbek Atambayevin fərmanı ilə aprelin 30-u ölkədə matəm günü elan edilib. 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı