Modern.az

"Qarabağ" bizdən üstündür" - "Neftçi"dən etiraf

"Qarabağ" bizdən üstündür" - "Neftçi"dən etiraf

Aktual

29 Aprel 2017, 22:14

Bu gün Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub. Ağdamın "Qarabağ" komandası səfərdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib. Oyundan sonra "Neftçi" klubunun müdafiəçisi Pavel Dreksa  jurnalistlərin suallarını cavablandırıb. Modern.az əməkdaşının da iştirak etdiyi həmin müsahibəni təqdim edirik:

- Oyunla bağlı fikirləriniz...

- "Qarabağ" bizdən üstün oyun sərgilədi. Çox yaxşı oyun nümayiş etdirdi. Məğlubiyyətimizin elə əsas səbəbi də budur. "Qarabağ" bizdən üstündür.

- R.Abışovun avtoqolu haqqında nə deyə bilərsiniz?

- Futbolda belə hallar çox olur. Ümumiyyətlə, futbolda qol kiminsə, səhvindən sonra vurulur. Bu da belə qollardan biri idi. Ancaq mən deməzdim ki, oyunun taleyi bu epizodla həll olundu.

- "Neftçi" sanki məğlubiyyətlə barışmışdı...

- Xeyr, mən belə düşünmürəm. Məğlub olsaq da, final fitinin səslənməsini gözləmirdik. Peşəkar komandayıq. İstənilən halda sona qədər mübarizə aparırıq.

- Azarkeş dəstəyi barədə nə deyə bilərsiniz?

- Mən fikir verdim ki, həmişə dəstək olmağa gələn azarkeşlərin yeri boş idi. Ümumiyyətlə, futbol azarkeşlər üçün nəzərdə tutulub. Belə bir oyunda onların olmamağı mənfi haldır.

-  Komandanın mövsümün ikinci yarısında baş tutan oyunlarını necə qiymətləndirirsiniz?

-Yanvarda - mövsümün ikinci yarısı başlayanda ilk beş oyun bizim üçün yaxşı keçdi. Mənim fikrimcə, əsas pik nöqtə olaraq yarımfinalda "Qarabağ"a uduzmaqla komandamız nəticə baxımından geriləməyə başladı. Ümumi götürsək "Neftçi"də hər şey qaydasındadır. Sadəcə olaraq mənfi hal odur ki, az xal topladıq. Bundan daha yaxşı nəticə göstərmək olardı.

- Növbəti mövsümdə  "Neftçi" mübarizəyə necə hazırlaşır?

- Mən belə hesab edirəm ki, növbəti mövsümdə biz yüksək yerlər uğrunda mübarizə apara bilərik. Legionerlərin və yerli futbolçuların çoxu komandaya yanvarda qoşulmuşdu. Elə oyunçular var idi ki, bir- birlərini ilk dəfə görürdülər. Futbolda oyun tərzini tənzimləmək çox çətindir. Yəni bu gün komandaya gəlin sabah oyuna çıxıb düzgün müdafiə qurmaq yaxud qol vurmaq asan deyil. Buna görə bir az vaxt lazımdır. Mən deyərdim ki, bu mövsüm bu  qədər xal toplamışıqsa, növbəti mövsüm daha yüksək pilləyə qalxa bilərik.

- Növbəti mövsümdən artıq 10 komanda mübarizə aparacaq. Sizcə bu komandalar arası rəqabətə necə təsir göstərəcək?

- Öncə onu demək istərdim ki, 10 komandanın mübarizəyə qoşulması müsbət haldır. Çünkü 8 komanda çox azdır. Matçların sayı da azdır. Daha çox komandanın iştirakını müsbət hal hesab edirəm.

- Avrokuboklarda  rəqibləriniz "Qarabağ" yaxud " Qəbələ"nin mübarizəyə qoşulacağı halda, onlara azarkeşlik edəcəksiz?

- Əgər Çexiyaya qarşı oynamasalar, dəstəkləyəcəm.

 

Aida İSAQ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi