Modern.az

İstanbulda rezonans QƏTL: “İranlı müxalifətçi ortağı ilə öldürüldü

İstanbulda rezonans QƏTL: “İranlı müxalifətçi ortağı ilə öldürüldü

30 Aprel 2017, 23:19

İstabulda İran hakimiyyətinə müxalif “Gem TV” telekanalının rəhbəri Səid Kərimian və onun iş ortağı öldürülüb.

 

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İstanbulun Avropa hissəsində şəmbə axşamı baş verib.

 

 

Kərimian və onun küveytli iş yoldaşının qarşısını silahlı şəxslər kəsib və atəşə tutublar. Kərimian hadisə yerində, iş adamı isə xəstəxanada ölüb.

 

 

Türkiyə polisi hadisə ilə bağlı araşdırmalar aparır. Avtomobil hadisə yerindən 10 kilometr uzaqlıqda tapılıb.

 

 

İranlı müxalifətçinin Böyük Britaniya vətəndaşlığınna malik olduğu bildirilir. “Gem TV” Avropa ölkələrinə farsca verilişlər nümayiş etdirirdi.

 

 

Bundan öncə, Tehran məhkəməsi Kərimian və onun iş ortağını İran əleyhinə təbliğata görə 6 il müddətinə azadlıqdan məhrum etmişdi. Onun qohumları Kərimianın son vaxtlar fiziki təhdidlər aldığını və buna görə tezliklə İstanbuldan Londona dönməyi planlaşdırdığını yazıb.

 

 

Vüqar İSMAYILOV

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir