Modern.az

Şamaxıda sürüşmə 7 evə təhlükə yaratdı - Video

Şamaxıda sürüşmə 7 evə təhlükə yaratdı - Video

3 May 2017, 23:37

Şamaxıda yenə də təbii fəlakət əhaliyə problem yaradıb. Modern.az “ARB TV”yə istinadən xəbər verir ki, Şamaxıda baş verən torpaq uçqununun qarşısını almaq mümkün deyil.

Son bir həftə ərzində hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahənin sürüşməsi nəticəsində 7 ev təhlükə altına düşüb.

Şamaxı sakini Gülnaz Şahsuvarova bildirib ki, hasarı 5 dəfə tiksə də, yenə uçmaq üzrədir: “Nə vaxta qədər belə olacaq? Mənim evim Şamaxı üzrə sürüşmə zonasında 1 nömrəli evdir. Evdə dayananda taxtanın səsi gəlir, hiss edirsən ki, nəsə sürüşür".

 

Sözügedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən günə genişlənir. Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsinə zərər vuran uçqun dağıntılara səbəb olub. Sürüşməyə səbəb olan qurunt suları isə evlərin zirzəmisinə dolub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir